• Göbələklə kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 485

Tarix : 5-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
ağ kələm
2 x.q. bitki yağı
500 q göbələk
2 x.q. tomat pastası
0,5 st. bişmiş düyü
duz
istiot

Hazırlanması:
Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.
Düyünü bişirin, amma xəşil olmasın. Göbələyi təmizləyib bir buğum qaynadın, doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın. Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin soba qabına yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz). Sobada hazır olanadək bişirin.
Süfrəyə bişmiş kartof və xiyar salatı ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bişirin, bitki, istiot, yığın, bişmiş, bilərsiniz, tomat, pastası, Tomat, pastasını, qarışdırıb, üzərinə, qabına, dərin, Əvvəlcə, yağda, qızardın, Sonra, gəzdirin, bulyon
BİZİ İZLƏYİN