• Təzə lobya resepti

Reseptin məlumatları Baxış sayı: 13 613

Tarix : 13-08-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq lobya
2 diş sarımsaq
4 ədəd baş soğan
1/2 banka soyulmuş doğranmış pomidor
1 çay qaşığı limon suyu
1 ədəd qənd
1/ stəkan isti su
1/2 stəkan zeytun yağı
Duz zövqə görə

Hazırlanması:
Lobya təmizlənərək tən ortadan ikiyə bölünür. Bol su ilə yuduqdan sonra suda saxlanılır. Rəndədən keçirilmiş soğan və soyulmuş doğranmış pomidor zeytun yağında qovrulur. Bir az qovrulduqdan sonra üzərinə təmizlənmiş lobya, biraz sonra duz, limon suyu və qənd əlavə edilir. 15 dəqiqə sonra ocağın altı azaldılır və lobya suyu çəkilənədək bişirilir. Daha sonra lobyanın üzərini örtənə qədər qaynar su əlavə edilir və bişirilir. Tam hazır olduqdan sonra altı söndürülür və qapağı açılmadan soyuması gözlənilir.

Nuş olsun!
Etiketlər: sonra, lobya, stəkan, zeytun, bişirilir, pomidor, əlavə, limon, soyulmuş, soğan, doğranmış, edilir, lobyanın, üzərini, çəkilənədək, örtənə, azaldılır, ocağın, dəqiqə, söndürülür
BİZİ İZLƏYİN