• Toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 13 379

Tarix : 13-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1kq toyuğun döş əti (file),
3 ədəd soğan,
2 ədəd kök,
2 ədəd yumurta,
2 ədəd bolqar bibəri,
cəfəri,
şüyüd,
yağ,
xama,
duz və istiot

Hazırlanması:
İlk öncə soğanla ət maşınından keçirilməlidir. Bacarırsınız isə əti çəkilmiş soğan ilə döymək daha məsləhətlidir. Yumurtanı və kökü bişiririk, kök tam bişməməlidir. Soğan xırda doğranılır və zeytun yağında qovrululur. Yumurta, kök və bibər kubik şəklində doğranılır, cəfəri və şüyüd doğranılır, soğanla birgə qarışdırılır.

Falqa üzərində açılmış file duzlanır və istiotlanır. Hazırlnamış iç filenin üzərinə qoyulur və boru şəklində qatlanır. Sobaya qoyarkən üzərinə xama sürtülür ki, yaxşı qızarsın.

Nuş olsun!
Etiketlər: doğranılır, şüyüd, soğanla, cəfəri, şəklində, üzərinə, soğan, Falqa, üzərində, qızarsın, açılmış, qarışdırılır, kubik, birgə, duzlanır, istiotlanır, Sobaya, yaxşı, qoyarkən, qatlanır
BİZİ İZLƏYİN