• Lobya kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 15 072

Tarix : 14-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
– 2 stəkan bişmiş iri lobya
– 0,5 stəkan xırda doğranmış ağ soğan
– 2 x.q. zeytun yağı
– 3 diş sarımsaq
– ¼ dəstə xırda doğranmış keşniş
– 2 x.q. laym şirəsi
– 2 ədəd yumurta ağı
– zövqə görə duz, istiot

Hazırlanması:
Soğanı rəngi dəyişənədək tavada qızardıb, zövqə görə duz və istiot əlavə edin. Bişirilmiş lobyaları blenderdən keçirin və ya qaşıqla əzin. Bu kütləni qızarmış soğanın üzərinə əlavə edin. Digər inqridientləri də əlavə edərək qarışdırın və kiçik kotlet formasına salın. Daha sonra kotletin hər hər iki tərəfini 5 dəqiqə ərzində tavada qızardın.

Süfrəyə müxtəlif tərəvəz, göyərti və ayranla verə bilərsiniz :)

Nuş olsun!
Etiketlər: inqiridientləri, əlavə, tavada, stəkan, zövqə, istiot, doğranmış, xırda, kotlet, ayranla, salın, formasına, qarışdırın, Digər, inqridientləri, edərək, bilərsiniz, kiçik, sonra, qızardın, Süfrəyə
BİZİ İZLƏYİN