• İçi doldurulmuş ördək resepti

Reseptin məlumatları Baxış sayı: 13 063

Tarix : 19-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ördək
kartof
portağal
mixək

:
1/2 ördəyin döş əti
1 baş soğan
350 q xırda şampinyon
1 st. qarabaşaq yarması, yaxud qaragöz lobya
4 albuxarı
1 ovuc fıstıq
alma
rozmarin budağı
1 diş sarımsaq
1 ç.q. təzə zəncəfil

Hazırlanması:
İç: Ördəyin döş ətini və soğanı ayrılıqda xırda doğrayın. Kiçik şampinyonlardan istifadə edin, təmizləyin, amma doğramayın. Qarabaşaq yarmasını suda bişirin. Qarabaşaq yarması yerinə qaragöz lobya götürə bilərsiniz. O zaman lobyanı 8-10 saat isladın, sonra yumşalınca bişirin. Albuxarıları yuyun, almaları xırda doğrayın. Sarımsağı 4 yerə bölün, zəncəfili xırda doğrayın.
İç üçün olan ərzağı qarışdırıb təmizlənmiş ördəyin içinə doldurun, tikin.

Əvvəlcə 200, sonra isə 170 dərəcə qızdırılmış sobada 2 saat bişirin.

Sobaya qoyandan bir saat sonra çıxarıb ördəyin kənarlarına yuyulub doğranmış kartof, saat yarım sonra isə - alma, soğan, sarımsaq, portağal dilimləri və mixək düzün.

Nuş olsun!
Etiketlər: xırda, sonra, bişirin, ördəyin, doğrayın, qaragöz, Qarabaşaq, sarımsaq, yarması, lobya, portağal, kartof, mixək, soğan, təmizlənmiş, içinə, yuyun, doldurun, tikin, qarışdırıb
BİZİ İZLƏYİN