• Göyərtili makaron toyuq, limon və göyərti ilə butterfly resepti

Reseptin məlumatları Baxış sayı: 15 423

Tarix : 26-08-2016, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
500 qr Butterfly pastası
2 toyuğun döş əti
1 limon
1 ədəd balaca soğan
20 yarpaq reyhan
2 nanə budağı
1 diş sarımsaq
Üyüdülmüş qara istiot
Duz

Hazırlanması:
Toyuğun döş ətini uzunsov doğramaq.
İki xörək qaşığı limon şirəsində ətin dilimlərini marinada qoymaq.
Duz və istiot əlavə etmək. 10 dəqiqə gözləmək.
Soğanı döş əti ilə zeytun yağında hazır olanadək tavada qızartmaq. Döş əti yumşaq olmalıdır.
Dadına baxın. Əgər yumşaq deyilsə, bir qədər bulyon əlavə edib pörtlətmək də olar.
Göyərtini əvvəlcədən yuyub-qurutmaq, gövdədən təmizləmək, blenderə qoymaq.
Bir diş sarımsaq, bir qədər zeytun yağı, duz və bir xörək qaşığı təzə limon şirəsi əlavə edib püre halına çatdırmaq.
Qaynamış Butterfly pastasına toyuq və hazırlanan göyərtini əlavə etmək.
Yaxşıca qarışdırmaq.
Qaba qoymaq və limonla bəzəmək.

Nuş olsun!
Etiketlər: əlavə, limon, qoymaq, xörək, etmək, Butterfly, yumşaq, qədər, istiot, zeytun, qaşığı, sarımsaq, Göyərtini, Yaxşıca, əvvəlcədən, yuyub, qarışdırmaq, pörtlətmək, bəzəmək, limonla
BİZİ İZLƏYİN