• Rizotto – tərəvəz və düyü ilə italyan yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 14 824

Tarix : 26-08-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q düyü
300 q kələm
130 q suda
12 saat isladılmış lobya
100 q bekon
2 kərəviz gövdəsi
1 soğan
1 kök
3 pomidor
50 g kərə yağı
1,2 litr ət bulyonu
125 ml qırmızı quru şərab
duz, istiot

Hazırlanması:
Kələmi yuyun, yarpaqları balaca tikələrə cırın.
Kərəviz gövdələrini yuyun və xırda-xırda doğrayın. Kökü yuyun və doğrayın. Qaynar suda bişmiş pomidorun dərisini soyun, toxumları çıxarın və pomidoru doğrayın.
Bulyonu tərəvəzlərin və lobyanın üstünə tökün və təxminən 2 saat ərzində orta hərarətli atəşdə qapaq altında bişirin.
Bekonu kublara doğrayın.Soğanı xirda-xırda doğrayın və düyü, bekon və kərə yağı ilə 3 dəqiqə ərzində qızardın, sonra isə qırmızı şərabı əlavə edin. Şərab buxarlana qədər daima qarışdırın.
Bulyonu və lobya ilə tərəvəzləri əlavə edin, əlavə 15 dəqiqə ərzində bişirin, hərdən qarışdırmağı unutmayın.
Zövqə görə duz və istiot qatın. Yeməkdən qabaq 3 dəqiqə ərzində soyudun.

Nuş olsun!
Etiketlər: doğrayın, ərzində, əlavə, yuyun, xırda, dəqiqə, qırmızı, istiot, Bulyonu, lobya, bekon, bişirin, qızardın, sonra, şərabı, atəşdə, xirda, altında, kublara, qapaq
BİZİ İZLƏYİN