• Cuisses de grenuilles – qurbağa ayaqları, ağ şərabla bişmiş şəkildə resepi

Reseptin məlumatları Baxış sayı: 11 096

Tarix : 27-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
30 ədəd qurbağa ayağı
1 ədəd limon
300 ml ağ quru şərab
30 ml lager pivəsi
20 ml qaymaq
10 qr kərə yağı
1 yumurta sarısı
10 qr buğda unu
2 diş sarımsaq
2 soğan
doğranmış cəfəri
duz və istiotr

Hazırlanması:
Qurbağa ayaqlarını pivədə 2 saat isladın və süzün
Ayaqları una batırın. Tavada yağ əridin, doğranmış soğan və sarımsaqları əlavə edin, tədricən qurbağa ayaqlarını qoyun. Qızılı olana qədər, 10 dəqiqə onları qızardın, yandırmayın. Ədviyyat, bəyaz şərab əlavə edin, örtük altında daha 10 dəqiqə saxlayın.
Yumurta sarısını çalın və qaymaqla qarışdırın. Tavada qurbağa ayaqlarının üzərinə süzün. Limon şirəsi və cəfəri əlavə edin.
Süfrəyə verilmə:
Qurbağa ayaqlarını içində bişirildiyi sousa batırılmış şəkildə verin.

Nuş olsun!
Etiketlər: qurbağa, əlavə, ayaqlarını, cəfəri, doğranmış, Qurbağa, şərab, süzün, Tavada, soğan, dəqiqə, sarısını, bəyaz, Ədviyyat, çalın, şəkildə, saxlayın, altında, örtük, Yumurta
BİZİ İZLƏYİN