• Sobada toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 31 526

Tarix : 21-07-2014, 18:11

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuğun döş əti (file)
2-3 ədəd badımcan
2-3 ədəd pomidor
150-200 qram pendir
Xama və yaxud mayonez
1 dilim sarımsaq
Cəfəri
Duz, istiot

Hazırlanması:
Badımcanları yuyub, saplağını kəsərək, nazik uzunsov dilimlərə doğrayın.
Sonra badımcan dilimlərini bir qaba yığıb, üzərinə təxminən 2 xörək qaşığı duz səpərək, 20-30 dəqiqə müddətində kənarda saxlayın.
Sonra badımcanları yuyub, suyunu yaxşıca süzərək, qalın salfet və ya kağız dəsmalla qurulayın.
Toyuğun döş ətini yuyub, qurulayaraq, uzunsov şəkildə 2-3 hissəyə bölün.
Kəsilmiş toyuq dilimlərini bir az döyəcləyəndən sonra üstünə duz və istiot səpin.
Pomidorları yuyub, dairəvi şəkildə doğrayın. Sarımsağı xırdalayıb, əzin.
Pendiri sürtkəcdən keçirin. Göyərtiləri yuyub, xırda-xırda doğrayın.
Tavada yağı qızdırıb, badımcan dilimlərinin hər iki tərəfini təxminən 10 dəqiqə ərzində qızardın.
Bişirmək üçün xüsusi forma qabını yağlayıb, badımcan dilimlərini düzün.
Sonra döyəclənmiş toyuq filesini qoyub, üstündən yenidən badımcan dilimlərini lay-lay düzün.
Badımcanın üstündən isə doğranılmış pomidorları qoyub, üzərinə duz, istiot, xırda doğranılmış sarımsaq və göyərtini səpin.
Sonra pomidorların üzərinə mayonez çəkib, sürtkəcdən keçirilmiş pendiri səpin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.
Süfrəyə verərkən, üzərini doğranılmış göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: badımcan, yuyub, dilimlərini, Sonra, səpin, istiot, doğrayın, üzərinə, dəqiqə, xırda, doğranılmış, təxminən, sürtkəcdən, üstündən, qoyub, düzün, ərzində, şəkildə, toyuq, sarımsaq
BİZİ İZLƏYİN