• Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 648

Tarix : 1-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq tezbişən kartof
2 ovuc daş duz
200-300 q un
1 çimdik muskat cevizi
2 yumurta
1 kq ətli pomidor, yaxud hazır pomidor sousu
2 diş sarımsaq
1 çimdik oreqano qurusu
300 q motsarella pendiri
100 q parmezan pendiri
reyhan (bəzək üçün)

Hazırlanması:
Siniyə 2 ovuc daş duz töküb bərabər qaydada yayın. Kartofu üzərinə düzüb 190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin.

Hazır kartofun qaynar-qaynar qabığını soyun. Sürtgəcin xırda gözündən keçirin.

Masanın üzərinə un səpin. Kartofu üzərinə qoyun. Yumurta, 1 çimdik duz və muskat cevizi əlavə edib az-az un vuraraq yoğurun. Xəmir yumşaq alınmalıdır, unu çox eləsəniz, nyokkilər rezin kimi alınacaq.

Xəmiri 1,5 sm qalınlıqda yayın. 2 sm enində şəridlərə doğrayın. Hər bir şəridi əlinizlə yumrulayıb kolbasa formasına salın.

"Kolbasa"ları çeçələ barmaq böyüklüyündə doğrayın. Əlinizlə silindr forması verin.

Hazır nyokkiləri qaynayan suya salın, aramla 10-dək sayın (30 saniyə), dərhal sudan çıxarın.

Formanın dibinə pomidor tökün. Bir lay qaynanmış nyokki döşəyin, üzərinə tomat sousu gəzdirin, doğranmış motsarella və sürtgəcdən keçirilməş parmezan səpin.

Yenə sous+nyokki+motsarella+parmezan - ərzaq bitənədək növbələyin. Üstdə nyokki və motsarella olmalıdır.
200 dərəcə qızdırılmış sobada 15 dəqiqə, motsarella əriyənədək bişirin.

Üzərini reyhan yarpaqlarıyla bəzəyib süfrəyə verin.

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT

Sorrentina nyokkisi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: motsarella, üzərinə, pomidor, nyokki, parmezan, çimdik, qızdırılmış, dərəcə, Kartofu, sobada, qaynar, doğrayın, salın, verin, səpin, yayın, Hazır, bişirin, pendiri, cevizi
BİZİ İZLƏYİN