• Sobada ətli düyü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 270

Tarix : 22-07-2014, 01:01

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan düyü
400-500 qr çəkilmiş mal əti
1 soğan
2 yumurta
150-200 qrHollandpendiri
2 x.q. xama
4-5 pomidor
duz
istiot
Sobada ətli düyü resepti - FOTO RESEPT


Hazırlanması:
Düyünü yuyub, suyunu süzüb 1 xörək qaşığı duz əlavə olunmuş suda qaynadıb süzün. Çəkilmiş əti xırda doğranmış soğan ilə duz, istiot, sarıkök vurub qovurun.Hollandpendirinin 2/3 sini sürtkəcdən keçirin. Düyünü, qovrulmuş əti, holland pendirini və yumurtaları bir qabda qarışdırın.
Sobada ətli düyü resepti - FOTO RESEPT


Bu qarışımı soba üçün qaba yayıb üzərinə xamanı çəkin.
Sobada ətli düyü resepti - FOTO RESEPT


Pomidorları nazik halqalar şəklində doğrayıb xamanın üzərindən düzün və sobada 190 dərəcədə 15-20 dəqiqə bişirin.
Sobada ətli düyü resepti - FOTO RESEPT


Sobadan çıxarıb holland pendirinin qalan hissəsini də sürtkəcdən keçirib yeməyin üzərinə səpin və yenidən sobaya qoyun.
Sobada ətli düyü resepti - FOTO RESEPT


Pendir əriyəndə yeməyi sobdan çıxarın.
Sobada ətli düyü resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: holland, sürtkəcdən, üzərinə, istiot, Düyünü, soğan, düzün, çəkin, sobada, dərəcədə, dəqiqə, xamanı, üzərindən, xamanın, Pomidorları, halqalar, şəklində, bişirin, doğrayıb, nazik
BİZİ İZLƏYİN