Tərkibi:600 q qiymə (qarışıq da ola bilər)
1 yumurta
100 q göbələk (bişmiş, yaxud konserv)
100 q göy noxud konservi
1 dilim çörək
50 ml süd
1 baş soğan
duz
qara istiot
un
bitki yağı
Hazırlanması:Çörəyi süddə 10-15 dəqiqə saxlayın. Sıxıb çəngəllə əzin. Qiyməyə əlavə edin. Həmçinin xırda doğranmış soğanı və göbələyi, göy noxud, yumurta, duz-istiot qatıb yaxşıca yoğurun.
Əlinizi isladıb kotletlər tutun. Boşqaba un töküb kotletləri una batırın.
Bitki yağını tavada qızdırın. Kotletləri o üz-bu üz qızardın.
Nuş olsun!
Etiketlər: istiot, noxud, yumurta, tutun, Əlinizi, isladıb, kotletlər, yaxşıca, doğranmış, soğanı, göbələyi, qatıb, yoğurun, töküb, tavada, qızdırın, Kotletləri, qızardın, yağını, Bitki, Cemli