• Pomidor-yumurta (menemen) resepti

Reseptin məlumatları Baxış sayı: 23 763

Tarix : 8-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 1-2


Tərkibi:
2 ədəd pomidor;
2 ədəd bolqar bibəri;
1 ədəd iri soğan;
3 ədəd yumurta;
Yağ, duz, istiot.

Hazırlanması:
Əvvəlcə soğanı soyub, xırda-xırda doğrayıb qızardırıq. O qızardığı vaxt pomidorları və bibərləri doğrayır, qızardıqdan sonra isə bibəri yağ soğana əlavə edirik. Bibərlər bişdikdən sonra pomidorları bu qarışığa qatırıq. Pomidorla soğan yaxşıca bişdiyi vaxt ayrı qabda yumurtaları çalıb, ona duz istiot tökərək yaxşıca qarışdırırıq. Pomidor bişdikdən sonra isə onun üzərinə əlavə edirik. 10-15 dəqiqə gözləyirik.

Nuş olsun!
Etiketlər: sonra, xırda, yaxşıca, pomidorları, əlavə, edirik, soğan, bibəri, bişdikdən, istiot, bişdiyi, qatırıq, Pomidorla, qabda, çalıb, üzərinə, dəqiqə, gözləyirik, Pomidor, qarışdırırıq
BİZİ İZLƏYİN