• Küncütlü təzə kartof resepti

Reseptin məlumatları Baxış sayı: 25 627

Tarix : 26-05-2014, 12:26

Bölmə : Quru yeməklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 diş təzə sarımsaq
1 kq təzə kartof (ölçüləri təqribən bərabər olsun)
şüyüd
350 ml 20%-li xama
1,5 x.q. qara küncüt
1,5 x.q. ağ küncüt
60 ml yağ
2 x.q. ağ qıtığotu sousu
duz

Hazırlanması:
Qalın tavanı qazdırın. Küncüt toxumlarını içinə qoyun, arada tavanı silkələyərək ağ küncütlər qızılı rəng alanadək qovurun.

Təzə kartofu yuyun, qurudun, sonra uzununa ortadan bölün, üzərinə duz səpin.

Siniyə yağ tökün. Kartofları qoyun. Qovurduğunuz küncütləri üzərinə səpin. Yaxşıca qarışdırın, sonra bir lay düzün.

Təzə sarımsaqların üst nazik qabığını çıxarın, xırda doğrayın. Kartofların arasına yerləşdirin. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Xama, qıtıqotu və doğranmış şüyüdü qarışdırın. Süfrəyə kartofun yanında bu sousu verin.

Nuş olsun!
Etiketlər: küncüt, qarışdırın, sousu, tavanı, qoyun, olsun, sonra, üzərinə, səpin, çıxarın, xırda, Qovurduğunuz, doğrayın, qabığını, nazik, küncütləri, düzün, sarımsaqların, Yaxşıca, Kartofların
BİZİ İZLƏYİN