• Arıqladan bayram qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 15 146

Tarix : 24-01-2017, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Pəhriz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
• 1/2 kilo yağı təmizlənmiş ət
• 250 qr göbələk
• 2 ədəd böyük soğan
• 5 ədəd iri bibər
• 1 ədəd pomidor
• 2 diş sarımsaq
• 2 ədəd dəfnə yarpağı
• 1 xörək qaşığı tamat
• 1 çay qaşığı bibər tamatı
• Duz
• Qarabibər
• Qırmızıbibər
• Zirə
• 2 stəkan su

Hazırlanması:
İlk öncə bir tavada yüksək atəşdə quşbaşı şəklində doğradığınız ətləri yaxşı qızarana kimi qarışdırın. Bu ətin suyunun itirməməsi və ləzzətli qalması üçün vacibdi. Başqa bir qazanda soğan və sarımsağı üzərinə 1 xörək qaşığı zeytun yağı və su tökərək ölənə kimi qarışdırın. Daha sonra üzərinə qabığı soyulmuş, xırdaca doğranmış pomidoru əlavə edin. Sonra göbələkləri dilim-dilim doğrayıb ətlə birlikdə qazana tökün. Üzərinə qalan ədviyyatları və suyu əlavə edib qazanın ağzını bağlayın. 30 dəqiqə bişməsi kifayətdir. sonra süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, qarışdırın, əlavə, dilim, sonra, xörək, soğan, üzərinə, bibər, tökərək, Sonra, göbələkləri, pomidoru, doğranmış, qabığı, soyulmuş, doğrayıb, xırdaca, ölənə, tökün
BİZİ İZLƏYİN