• Şəki pitisi resepti

Reseptin məlumatları Baxış sayı: 14 963

Tarix : 25-01-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Şəki mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr sümüksüz qoyun əti,
100 qr noxud,
60 qr quyruq,
2 baş soğan,
zövqə görə 2-4 ədəd gavalı qurusu,
duz,
istiot
zəfəran.

Hazırlanması:
Noxudu bir gün qabaq, axşamdan suya qoyuruq ki, yumşalsın. Əti yavan və yarıquylu olmaq şərtilə orta ölçüdə doğrayırıq. Piti dopusuna əvvəlcə altdan noxudu tökürük, sonra yağsız ətləri, ondan sonra yarıyağlı ətləri. Lap üstdən isə bir və ya bir neçə parça quyruq qoyuruq. Su əlavə edib sobaya veririk.

Bir müddətdən sonra yeməyin üzərinə çıxan kəfi yığmağa başlayırıq. Kəfi yığandan sonra yemək vam odda bişirilir. Bişənə bir az qalmış duz və soğan qatılır (sonra soğanı çıxarırıq). Yeməyə gavalı qurusu əlavə edilir. Ən əsası odur ki, pitiyə əsl zəfəran vurulsun.

Bir müddət bişdikdən sonra yeməyi yoxlayırıq. Əgər noxudu bişibsə, deməli, piti hazırdır. Pitini əvvəlcə boşqaba bir qədər çörək doğrayıb, sumax əlavə edib, birinci sulu yemək kimi yeyirlər. Sonra isə əti boşqaba töküb əzirlər və sumax da əlavə edib (həzmi asanlaşdırmaqdan ötrü) nuş edirlər.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, sumax, ətləri, əvvəlcə, noxudu, zəfəran, boşqaba, qoyuruq, gavalı, quyruq, soğan, qurusu, yemək, müddət, vurulsun, yeməyi, bişdikdən, Bişənə, pitiyə
BİZİ İZLƏYİN