• Balıq çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 18 322

Tarix : 25-01-2017, 16:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1-2 kq balıq əti,
0,5 kq pomidor və ya 1 xörək qaşığı tomat pastası,
100 qram qarğıdalı yağı,
1-2 baş quru soğan,
keşniş,
şüyüd,
zövqə görə düz, istiot.

Hazırlanması:
Təmizlənmiş balığı böyük hissələrə ( 50-100 qramlıq) doğranılır, duz və istiot vurulub tavaya düzülür, qarğıdalı yağı əlavə edilir. Balıqlar lay-lay tavaya düzülür. Layların arasına, çoxlu doğranmış soğan, keşniş, şüyüd qoyulur. Sonra lap üstdən doğranmış pomidor düzülür və ya tomat pastası əlavə edilir.

Yemək vam odda 20-25 dəqiqə ağzı bağlı tavada bişirilir. Süfrəyə də elə tavada qoyulur.

Nuş olsun!
Etiketlər: düzülür, tavada, şüyüd, istiot, doğranmış, tavaya, qoyulur, keşniş, edilir, pomidor, soğan, əlavə, qarğıdalı, tomat, pastası, çoxlu, Layların, arasına, bağlı, bişirilir
BİZİ İZLƏYİN