• Baxş kabab resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 887

Tarix : 21-01-2017, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
badımcan
qaraciyər
qoyun əti
duz
qara istiot
keşniş
quyruq

Hazırlanması:
Baxş kabab resepti - FOTO RESEPT


Baxş - qaraciyər və keşnişlə hazırlanan plovdur. Bu təamda isə plov yoxdur, düyünün yerini badımcan tutur.

Badımcanın saplağını kəsib içini çıxarın (qabığı bütöv qalsın, içinin də ancaq dənə olan hissəsini çıxarın ki, ətlə quyruğun şirəsini özünə çəkəcək ləti qalsın).

Baxş kabab resepti - FOTO RESEPT


Suda bişmiş qaraciyəri, xırdalanmış qoyun əti və quyruğu, doğranmış keşnişi, duz-istiotu qarışdırıb badımcanların içini doldurun.

Baxş kabab resepti - FOTO RESEPT


Şişə keçirib manqalda, közdə bişirin.

Baxş kabab resepti - FOTO RESEPT


Şişləri beş dəqiqədən bir çevirə bilərsiniz, çünki badımcan digər tərəvəzlərdən bir az gec bişir. Baxş kababın bişməsi təxminən 30-40 dəqiqə çəkəcək.

Baxş kabab resepti - FOTO RESEPT

Baxş kabab resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: badımcan, çəkəcək, içini, qalsın, çıxarın, qaraciyər, qoyun, keçirib, manqalda, doldurun, keşnişi, quyruğu, doğranmış, istiotu, qarışdırıb, badımcanların, bişirin, bişir, tərəvəzlərdən, kababın
BİZİ İZLƏYİN