• Bibərli çolpa resepti

Reseptin məlumatları Baxış sayı: 13 409

Tarix : 26-01-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd kənd çolpası,
2 baş quru soğan,
4 bibər (qırmızı, sarı, yaşıl və narıncı bibərlərin hərəsindən bir ədəd),
2 ədəd pomidor,
hərəsindən bir dəstə şüyüd,
keşniş,
göy soğan,
dağ keşnişi,
zövqə görə düz,
istiot.

Hazırlanması:
Çolpa yuyulduqdan sonra doğranılır. Üzərinə xırda-xırda doğranmış soğan, bibər, pomidor, duz, istiot əlavə edilir və vam odda bişməyə qoyulur. Bişənə yaxın yeməyin üzərinə xırda doğranmış göyərtilər əlavə edilir. Bir az vam odda qaldıqdan sonra qazanın altı söndürülür. Sonra yemək boşqablara çəkilərək süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: xırda, soğan, pomidor, istiot, doğranmış, sonra, hərəsindən, bibər, edilir, əlavə, üzərinə, Bişənə, yaxın, göyərtilər, yeməyin, qazanın, çəkilərək, süfrəyə, verilir, boşqablara
BİZİ İZLƏYİN