• Toyuq ləvəngisi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 397

Tarix : 12-08-2014, 13:38

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1-2 toyuq
500-700 q qoz
2 qırmızı baş soğan
lavaşana (alça turşusu)

Hazırlanması:
Toyuğu təmizləyin.
Toyuq ləvəngisi resepti - FOTO RESEPT


Lavaşananı xırda-xırda doğrayın, bir kasaya yığıb üstünə qaynanmış su tökün.
Toyuq ləvəngisi resepti - FOTO RESEPT


Əvvəlcə qozu ət maşınından keçirin.
Toyuq ləvəngisi resepti - FOTO RESEPT


Sonra isə soğanı ət maşınından keçirin, ya xırda gözlü ələyə yığın, ya da cunanın arasına qoyub suyunu sıxın (soğan suyunu bir şüşə qaba yığıb bir-iki gün saxlaya bilərsiniz, onda yaxşı ət marinə etmək olur).
Toyuq ləvəngisi resepti - FOTO RESEPT


Suyu sıxılmış soğanı kərə yağında qovurun. Sonra qozla və islatdığınız lavaşana ilə (bir qaşıq toyuğun üzərinə çəkmək üçün saxlayın) qarışdırın. Heç duz-istiot da gərək deyil.

Bu qiyməni toyuğun içinə doldurun. Budların yuxarı hissəsindən bıçaqla çərtin və toyuğun ayaqlarını çarpaz şəkildə onlardan keçirin. Üzərinə saxladığınız alça turşusundan çəkin. 190 dərəcə qızdırılmış sobada təxminən saat yarım bişirin.

Nuş olsun!

Toyuq ləvəngisi resepti - FOTO RESEPT

Toyuq ləvəngisi resepti - FOTO RESEPT

Toyuq ləvəngisi resepti - FOTO RESEPT

Toyuq ləvəngisi resepti - FOTO RESEPT

Etiketlər: xırda, toyuğun, keçirin, soğanı, Sonra, maşınından, lavaşana, doldurun, içinə, Budların, yuxarı, hissəsindən, qiyməni, bıçaqla, deyil, çəkmək, olsun, saxlayın, qarışdırın, gərək
BİZİ İZLƏYİN