• Qadın budu küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 13 069

Tarix : 30-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Yarım kilo ət qiyməsi
- 1 stəkan düyü
- 1 ədəd soğan
- 1 ədəd yumurta
- İstiot, duz, cirə

Qızartmaq üçün:
- Duru yağ
- 2 yumurta
- 1 stəkan un

Hazırlanması:
Düyüləri yumşalana kimi suda saxlayın. Soğanı nazik-nazik doğrayın. Yarım kilo ət qiyməsinin yarısını bu soğanlarla qovurun.
Qovurduğunuz qiyməni, çiy qiyməni və düyünü böyük bir qaba tökün. Üzərinə 1 ədəd yumurta, duz, istiot və cirə əlavə edib yaxşıca yoğurun. Yoğurduğunuz əti bir müddət soyuducuda saxlayın.

Sonra ondan yumurta böyüklüyündə küftələr hazırlayıb əlinizlə azca yastılaşdırın. Dərin kasaya 2 ədəd yumurta və duz töküb yaxşı çalın. Küftələri ilk öncə una, daha sonra kasada çaldığınız yumurtaya batırıb yağda yaxşı qızardın.

Nuş olsun!
Etiketlər: yumurta, qiyməni, Yarım, saxlayın, yaxşı, stəkan, nazik, yastılaşdırın, hazırlayıb, əlinizlə, böyüklüyündə, soyuducuda, Sonra, ondan, Dərin, küftələr, çalın, yumurtaya, batırıb, yağda
BİZİ İZLƏYİN