• Toyuq və bibərli burito resepti

Reseptin məlumatları Baxış sayı: 15 557

Tarix : 7-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Toyuğun döş əti - 200 q
Baş soğan - 30 q
Günəbaxan yağı - 10 ml
Bibər (şirin) - 50 q
Qara istiot - 1 çimdik
Cəfəri - 10 q
Duz - 1 çimdik
Tomat sousu (acılı) - 80 q
Bərk pendir - 20 q
Tortilya - 2 ədəd
Şüyüd - 10 q
Qırmızı lobya (konservləşdirilmiş) - 20 q
Sarımsaq - 2 diş

Hazırlanması:
- Toyuğun döş ətini nazik, uzun şəkildə doğrayırıq, duru yağda qızardırıq
- Hazır olmazdan 30 san əvvəl nazik dilimlərlə doğranmış sarımsağı əlavə edirik
- Soğanı halqa şəklində, bibəri uzun, nazik doğrayırıq
- 1-2 dəq duru yağda qızardırıq
- Üzərinə əti, qırmızı lobyanı, tomat sousunu əlavə edib 1 dəq odda saxlayırıq
- Zövqə görə düz və istiot səpirik
- Tortilyaya bir az içlik qoyuruq
- İçliyin üstünə doğranmış göyərti əlavə edirik
- Göyərtinin üstünə sürtgəcdən keçirilmiş pendir səpirik
- Tortilyanın aşağı hissəsini qatlayırıq, sonra isə rulet kimi bururuq.
- Süfrəyə verməzdən əvvəl 1-2 dəq mikrodalğalı SOBAya və ya 180 dərəcə qızdırılmış SOBAya 5-6 dəq-lik qoyuruq ki, pendir ərisin
- Təzə tərəvəzlərlə Süfrəyə veririk.
* Tortilyanı lavaş ilə də əvəz etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, nazik, pendir, Süfrəyə, əvvəl, edirik, doğranmış, qızardırıq, yağda, doğrayırıq, SOBAya, istiot, qoyuruq, səpirik, üstünə, çimdik, Toyuğun, Tortilyaya, Tortilyanın, içlik
BİZİ İZLƏYİN