• Badımcandan Parmejano resepti

Reseptin məlumatları Baxış sayı: 13 364

Tarix : 7-11-2016, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
badımcan - 1 ədəd (böyük)
mosarella pendiri - 150 q
Parmezan pendiri (və ya digər ağ, bərk pendir) - 100 q
zeytun yağı - 3 x.q
üyüdülmüş suxari
kərə yağı - bir az
duz, istiot - zövqə görə

Sous üçün:
soyulmuş pomidor öz şirəsində - 100 q
baş soğan - 1 ədəd
sarımsaq - 2 diş
zeytun yağı - 3 x.q
quru (və ya təzə) reyhan və oreqano
duz, istiot - zövqə görə

Hazırlanması:
- badımcanı yuyub, yumru fal-fal 0,5 sm qalınlığında doğrayırıq,mətbəx salfetinin üstünə yığıb düzlayırıq, üzərinə yenə mətbəx salfeti qoyuruq və üstünə ağırlıq qoyuruq. Məsələn, doğramaq taxtası və üzərinə pomidorla olan bankanı qoyuruq. 30-40 dəq saxlayırıq.Bu badımcanın acı suyunu çıxartmaq və qızardılan zaman özünə çox yağ çəkməməsi üçün lazımdır.
- sousu hazırlamaq üçün soğanı və sarımsağı xırda - xırda doğrayırıq
- tavada bir neçə qaşıq zeytun yağını qızdırırıq, soğanla sarımsağı qızardırıq
- tavaya pomidorları şirəsi ilə birlikdə tökürük, taxta qaşıqla pomidorları bir az əzirik
- duz, istiot, reyhan, oreqanonu əlavə edib, qaynayan kimi vam odda 15 dəq bişiririk
- mosarellanı fal-fal doğrayırıq, parmezan pendirini sürtgəcin xırda gözündən keçiririk
- badımcanları tam qurudub, zeytun yağında qızardırıq, mətbəx salfetinin üzərinə yığırıq ki, salfet artıq yağını çəksin
formanın dibinə bir neçə qaşıq sous qoyuruq
- üstünə sıx şəkildə 1 qat badımcan düzürük
badımcanım üzərinə mosarellanı 1 qat yığıb, üstünə parmezan pendirini səpirik
- beləcə formaya neçə qat yerləşərsə ərzaqları qat-qat yığırıq. Sonuncu qat sous olmalıdır. 200 dərəcə qızdırılmış SOBAda 25-30 dəq bişiririk
- formanı çıxardırıq, yenidən üstünə parmezan pendiri səpirik, sonra üydülmuş suxarı və nazik doğranmış azacıq kərə yağı əlavə edirik. SOBAda 10 dəq bişiririk.

Bu yeməyi həm böyük formada, həm də kiçik porsion formalarda bişirmək olar. Həm isti şəkildə, həm də azca soyumuş olduqda belə dadlı olur.

Nuş olsun!
Etiketlər: üstünə, qoyuruq, üzərinə, zeytun, mətbəx, istiot, doğrayırıq, xırda, bişiririk, parmezan, pendiri, şəkildə, qaşıq, yağını, səpirik, salfetinin, yığıb, sarımsağı, SOBAda, yığırıq
BİZİ İZLƏYİN