• Araxislə qovrulmuş toyuq filesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 752

Tarix : 2-11-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Tərkibi:
8 toyuq filesi
2 st. araxis
4 yumurta
2 x.q. soya sousu
2 st. narın suxarı
1 st. un
duz
bitki yağı

Hazırlanması:
Toyuq filesini axar soyuq su ilə yuyub, üzərindəki pərdəni, piy qatını təmizləyin. Sonra qalın kağız salfetlə qurulayın.

Yumurtaları səliqəylə stəkana qırın, stəkanın ağzınacan təmiz su tökün. Sonra bunu dərin qaba tökün. Eynicinsli kütlə alınanadək çalın, soya sousu əlavə edib yenə çalın.

İri boşqaba, yaxud dərin formaya unu ələyin. Başqa iri qaba narın suxarını tökün.

Araxisi quru tavada qovurun, qabığını təmizləyin. Duzlayıb blenderdə, yaxud bıçaqla xırdalayın. Narın suxarı olan qaba töküb qaşıqla yaxşıca qarışdırın.

Tavaya yağ töküb vam odun üzərinə qoyun. Yağ qızana qədər toyuq filelərini əvvəlcə una, sonra soyalı klyara, sonda isə suxarı ilə araxis qarışığına batırın.

Sonra ehmalca fileləri tavaya yığıb ocağı orta itiliyə qaldırın, hərtərəfli bişirin. Hər tərəfinə 4-5 dəqiqə kifayət edər. Çalışın, tez-tez çevirməyin.

Hazır toyuq ətlərini şəbəkənin üzərinə düzün. Duz səpin. Azca soyuyandan sonra süfrəyə verin.
Onu süfrəyə həm isti, həm soyuq vermək olar. Qarnir kimi kartof püresi, yaxud tərəvəz salatı götürmək olar. Həmçinin yanında qozlu, qaymaqlı, yaxud pendirli sous da vermək olar.

Araxislə qovrulmuş toyuq filesi resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: yaxud, tökün, Sonra, suxarı, toyuq, süfrəyə, vermək, dərin, çalın, üzərinə, sonra, təmizləyin, töküb, narın, sousu, soyuq, araxis, ocağı, itiliyə, hərtərəfli
BİZİ İZLƏYİN