• Nektarin və alma ilə bişirilmiş ördək budu resepti

Reseptin məlumatları Baxış sayı: 11 914

Tarix : 3-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
6 ördək budu
6 nektarin
6 göy alma
təzə kəklikotu
təzə rozmarin
2 x.q. limon şirəsi
2 x.q. bitki yağı
duz
qara istiot

Hazırlanması:
Ördək budlarını yuyub kağız salfetlə qurulayın. Buddibi ilə budu ayırmaq, ya da bütöv bişirmək olar.
Duz-istiot, kəklikotu və rozmarin vurun.
Limon şirəsini bitki yağı ilə çalın, budların üzərinə çəkib 2 saat (hətta 1 gecə) saxlayın.
Nektarinlə almaları yuyub qurulayın. Nektarinləri 2, almaları 4 yerə bölüb dənələri ilə cecəyini çıxarın.
Formanı bitki yağı ilə yağlayıb marinadda saxladığınız budları düzün. Aralarına meyvələri yerləşdirin. Üzərini folqa ilə kip bağlayıb 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sonra folqanı çıxarıb sobanın üst qrilini qoşun və 10 dəqiqə, üzəri qızarınca bişirin.

Nuş olsun!
Etiketlər: bitki, istiot, yuyub, bişirin, almaları, qurulayın, dəqiqə, kəklikotu, rozmarin, Aralarına, düzün, meyvələri, yerləşdirin, Üzərini, Formanı, budları, marinadda, saxladığınız, qızarınca, folqa
BİZİ İZLƏYİN