• Pendirli kələm zərfi resepti

Reseptin məlumatları Baxış sayı: 11 325

Tarix : 4-11-2016, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
700 q ağ kələm
500 q bərk pendir
100 q un
2 yumurta
100 ml qaymaq
100 q narın suxarı
duz
qara istiot

Hazırlanması:
Kələmi yuyun, ortasını çıxarıb duzlu suda yarımbişmiş hala gələnədək pörtlədin. Yarpaqlarını ayırın. Qaba hissələrini kəsin.

Pendiri fal-fal doğrayın. Hər kələm yarpağının ortasına pendir dilimi qoyub zərf kimi bükün.

Yumurta, qaymaq, duz və istiotu çalın. Hər "zərf"i əvvəlcə una, sonra klyara (yumurtalı qarışığa), sonda isə narın suxarıya batırıb orta itilikli odda hər iki üzünü qızardın.

Nuş olsun!
Etiketlər: kələm, narın, qaymaq, pendir, istiotu, çalın, əvvəlcə, Yumurta, qoyub, dilimi, sonra, bükün, qarışığa, itilikli, üzünü, qızardın, batırıb, suxarıya, yumurtalı, ortasına
BİZİ İZLƏYİN