• Ərəblərin pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 11 990

Tarix : 6-11-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
750 q mal əti qiyməsi
2 kq pomidor
1 ədəd soğan
4 çili istiotu
1 x.q. tomat pastası
duz
qara istiot
zirə (zövqə görə)
bitki yağı

Hazırlanması:
Qiyməni sürtgəcdən keçirilmiş soğan, duz, qara istiot və zirə ilə qarışdırıb yoğurun. Pomidorların üzərində 3 bərabər kəsik edin, dibədək doğramayın, cib kimi alınsın. Qiyməni səliqəylə bu "cib"lərə doldurun. Hazırladığınz pomidorları yağlanmış formaya düzün. Üzərinə istiotları qoyun. Tomat pastasını 1 st. su ilə qarışdırın, pomidorların üzərinə gəzdirin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra temperaturu 250 dərəcəyə qədər artırıb daha 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: Qiyməni, dəqiqə, soğan, bişirin, istiot, pastasını, pomidorların, qarışdırın, Tomat, qoyun, formaya, düzün, Üzərinə, istiotları, üzərinə, qızdırılmış, dərəcəyə, qədər, artırıb, temperaturu
BİZİ İZLƏYİN