• Bulanjer kartofu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 144

Tarix : 6-11-2016, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq kartof
2 baş soğan
60 q kərə yağı
200 ml tərəvəz bulyonu
200 ml süd
duz
qara istiot

Hazırlanması:
Kartofu təmizləyib təxminən 2 mm qalınlıqda fal-fal doğrayın. Soğanı nazik halqa doğrayın.
Kartofu duzlayıb-istiotlayın.

Formanı kərə yağı ilə yağlayın. Bir lay kartof, sonra soğan döşəyin. Ərzaq bitənədək təkrarlayın.

Sonuncu layı daha gözəl döşəməyə çalışın, məsələn, bir tərəfi o birinin üstünə çıxmaqla dilimləri dairə boyu düzün.

Qaynar bulyonu qaynar südlə qarışdırıb səliqəylə üzərinə tökün. Bu qarışıq ən üst layadək qalxmalı, amma onun üzərinə çıxmamalıdır.

Formanın ağzına folqa çəkib 200 dərəcədə 40 dəqiqə bişirin. Sonra folqanı çıxarın, kartofun üzərinə əridilmiş kərə yağı gəzdirin. Temperaturu 180 dərəcəyədək azaldın. Daha 40 dəqiqə bişirin.

Kartof laylarının arasına xırdalanmış sarımsaq əlavə etsəniz, dadı fərqli olacaq. Süfrəyə təzə göyərti və pendirlə verə bilərsiniz.

Bulanjer kartofu resepti - FOTO RESEPT

Bulanjer kartofu resepti - FOTO RESEPT

Bulanjer kartofu resepti - FOTO RESEPT

Bulanjer kartofu resepti - FOTO RESEPT

Bulanjer kartofu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, kartof, Kartofu, bulyonu, soğan, bişirin, doğrayın, dərəcədə, Sonra, çıxarın, kartofun, çəkib, folqanı, çıxmamalıdır, layadək, qarışıq, qalxmalı, əridilmiş, ağzına
BİZİ İZLƏYİN