• İçli toyuq kolbasaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 247

Tarix : 27-11-2017, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Tərkibi:
2 iri toyuq budu
3 iri yumurta
1 yerkökü
0,5 qırmızı bolqar bibəri
100 q çedder pendiri
2 x.q. jelatin tozu
1 dəstə göyərti

Hazırlanması:
Toyuq budlarını sümük boyu yarıb sümükləri çıxarın. Əti kitab kimi açın. Duz-istiot vurun.

Azca döyüb hər birinin üzərinə jelatin səpin.

2 yumurtanı suda bişirib xırda doğrayın. Doğranmış bibər və sürtgəcin xırda gözündən keçirilmiş yerkökü ilə qarışdırın.
Pendiri də sürtgəcin xırda gözündən keçirin.
Hamısını xırdalanmış göyərti və çiy yumurta ilə qarışdırın, duz-istiot, sevdiyiniz başqa ədviyyat əlavə edin.

İçi ətin üzərinə qoyub səliqəylə rulet kimi bükün. Hər birini üç qat folqaya bükün, formaya qoyub 180 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin.

Sonra soyudub soyuducuda 2 saat saxlayın.

Dilimləyib süfrəyə verin.

İçli toyuq kolbasaları resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: xırda, üzərinə, istiot, gözündən, qarışdırın, bükün, qoyub, göyərti, sürtgəcin, yerkökü, jelatin, yumurta, rulet, folqaya, formaya, səliqəylə, birini, əlavə, xırdalanmış, sevdiyiniz
BİZİ İZLƏYİN