Tərkibi:7 ədəd bibər
1 ədəd toyuq əti
300 qr göbələk
150 qr pendir
1 ədəd soğan
5-6 ədəd zeytun
gözəyarı bitki yağı
göyərti
Hazırlanması:Bibərləri təmizləyir və bölürük. Daha sonra toyuğun döş ətini uzunsov formada doğrayırıq.
Göbələk, soğan və zeytunu xırda şəkildə doğrayırıq. Daha sonra üçünü birlikdə bişiririk. Bişdikdən sonra üzərinə sürtkəcdən keçirdiyimiz pendiri də əlavə etməyi unutmuruq.
Hazırladığımız qarışımı bibərin içərisinə doldurub, 200 dərəcəli sobada bişməyə qoyuruq. Bəzək üçün yanına zövqünüzə görə göyərti də əlavə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: sonra, göyərti, doğrayırıq, soğan, əlavə, üzərinə, Hazırladığımız, qarışımı, unutmuruq, etməyi, pendiri, bibərin, sürtkəcdən, keçirdiyimiz, Bişdikdən, qoyuruq, Bəzək, yanına, zövqünüzə, bişməyə