Tərkibi:2 ədəd kabak
4 x.q sadə un
1 ədəd yumurta
1 diş sarımsaq
3 ədəd pomidor
1 ədəd Bolqar bibəri
1 ədəd soğan
50 qr kərəviz
1 ç.q şəkər tozu
20 qr parmesan pendiri
2 budaq göyərti
Hazırlanması:Kabakları sürtkəcdən keçirir, biraz duzlayır və 10 dəqiqə gözləyirik. Daha sonra şirəsinin qalmadığına əmin oluruq. Üzərinə sarımsaq, un, yumurta, qabartma tozu, duz və istiot əlavə edib, blinçik formasında bişiririk.
Blinçik hazır olduqdan sonra üzərinə ürəyimiz istəyən tərəvəzləri xırda şəkildə doğrayıb tökürük. Biraz bişiririk.
Daha sonra blinçiklərin üzərinə əlavə edib, pendirlə göyərti ilə bəzəyirik. Kabaçoklu "Mozaika " tortumuz hazırdır.
Nuş olsun!