• Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 703

Tarix : 18-10-2017, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1000 qr ət
100 qr şərab
1-2 diş sarımsaq
1000 qr soğan
1 ç/q duz
1 ç/q istiot
1 ç/q darçın
1 dəstə ispanaq
250 qr bulyon
2 ədəd kartof
gözəyarı zeytun yağı
2 ç/q kəklikotu
2 ç/q bibəriyə

Hazırlanması:
Əti doğrayıb basdırma edirik. Basdırma üçün bizə bu ərzaqlar lazımdır : bibəriyə (rozmarin), istiot, sarımsaq və zeytun yağı. 1 saat basdırma halında əti saxlayırıq.

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT


Əti qızılı rəng olanadək qızardırıq. Daha sonra tavaya şərabı və bulyonu əlavə edirik.

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT


İndi isə yeməyin sosunu hazırlayırıq. Soğanı və sarımsağı xırda şəkildə doğrayır və tavada qızartmağa başlayırıq. Bulyonu isə (qaynadılmış ətin suyu) sarımsaq və soğan qarışığının üzərinə tökürük. 15 dəqiqə bişiririk və daha sonra bir az kəklikotu və 1 qaşıq kərə yağı əalvə edirik.

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT


Hazır olan sosu götürüb, blenderdən çəkmək lazımdır. Sosumuz hazırdır. Üzərinə bir az da yağ əlavə etməyi unutmayın. Əgər qarışığa bir az da darçın əlavə etsəniz çox fərqli bir tam da əldə edəcəksiniz.

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT


İndi isə qarniri hazırlayırıq: Kartof püresinin üzərinə sürtkəcdən keçirilmiş pendiri (mozorella) əlavə edirik ( hər 100 qr kartof üçün 40 qr pendir lazımdır) Sosun daha aromatlı olmasını istəyirsinizsə, sarımsaq yağından da istifadə edə bilərsiniz. Hazır olmuş sosu xüsusi qabda (forma alması üçün) boşqaba qoyuruq. Üzərinə isə ispanaq vurmağı unutmuruq. Üzərinə balaca pomidor qoyuruq və beləcə, yeməyimiz hazırdır.

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT

Ədviyyatlı qoyun əti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, edirik, sarımsaq, Üzərinə, lazımdır, basdırma, hazırlayırıq, qoyuruq, sonra, üzərinə, Hazır, bibəriyə, hazırdır, darçın, istiot, soğan, kartof, ispanaq, zeytun, kəklikotu
BİZİ İZLƏYİN