• Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 081

Tarix : 29-11-2017, 18:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 ədəd ördək
0.5 kq kartof
1 ədəd alma
3 ədəd hindistan qozu
2 ç/q kəklikotu
2 ç/q duz
2 ç/q istiot
1 ədəd soğan

Hazırlanması:
Ördəyin bud hissəsini ayırır, yuyur duz-istiot vurub bir neçə saat gözləyirik.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Ətdəki yağlı hissələri ayırırıq.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Kartofu yuyur, təmizləyir və dilimlərə ayırırıq.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Almanın çəyirdəklərini çıxarır və kartofu doğradığımız qaydada kəsirik. Həmçinin, soğanı da doğrayırıq.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT

Ətin və soğanın üzərinə yağ əlavə edərək falqa kağızına bükərək, 200 dərəcəli sobada bişməyə qoyuruq. Yağ əridikdən və ət biraz bişdikdən sonra üzərinə digər məhsulları- almanı, kartofu və kəklikotunu əlavə edərək, yenidən falqa kağızına bükür, sobada bişiririk. Və budur yeməyimiz hazırdır.

Kartoflu ördək qızartması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ayırırıq, kartofu, yuyur, sobada, kağızına, falqa, üzərinə, əlavə, edərək, istiot, əridikdən, qoyuruq, bükərək, biraz, dərəcəli, bişməyə, bişdikdən, bişiririk, bükür, budur
BİZİ İZLƏYİN