• Pendirli balıq ruleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 657

Tarix : 10-11-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd siyənək balığı
1 ədəd yerkökü
1 ədəd yumurta
40 qr pendir
20 qr kərə yağı
20 qr zeytun yağı

Hazırlanması:
İlk olaraq yerkökünü yuyur və qaynadırıq. Yerkökü qaynayanadək isə pendiri soyuducuya qoyuruq. Balığı təmizləyir, iki hissəyə bölür və 2 ədəd file hissəsini əldə edirik. Daha sonra isə təxminən 5 mm qalınlığında ətini ayırırıq.

Pendirli balıq ruleti resepti - FOTO RESEPT

Pendirli balıq ruleti resepti - FOTO RESEPT


İndi isə balığın içlini hazırlayırıq: Balığın doğranılmış filesini yerkökü, yumurta və zeytun yağı ilə qarışdırırıq. Soyuducuya qoyduğumuz pendiri də üzərinə əlavə edib, hamısını birlikdə yaxşıca qarışdırırıq. Hazırladığımız içliyi balığın içərisinə doldururuq və balığı bükürük.

Pendirli balıq ruleti resepti - FOTO RESEPT

Pendirli balıq ruleti resepti - FOTO RESEPT

Pendirli balıq ruleti resepti - FOTO RESEPT


Və beləcə balığımız hazırdır. Servis edərkən yanına bəzək üçün istənilən göyərtini vura bilərsiniz.

Pendirli balıq ruleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, pendiri, qarışdırırıq, balığın, balığı, yumurta, yerkökü, birlikdə, Hazırladığımız, içliyi, yaxşıca, əlavə, Soyuducuya, qoyduğumuz, içərisinə, üzərinə, hamısını, balığımız, bəzək, yanına
BİZİ İZLƏYİN