• Toyuq ətli lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 17 867

Tarix : 23-11-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6


Tərkibi:
5 st. un,
yarım st. əridilmiş kərə yağı,
2 x.q. qatıq,
1 ç.q. şəkər tozu,
2 ç.q. duz,
1 x.q. maya,
aparana qədər süd

İçi üçün:
2 toyuğun ağ əti,
2 ədəd soğan,
1 ədəd pomidor,
1 ədəd bibər,
1 dəstə cəfəri,
3 x.q. acika,
yarım st. su,
duz,
pul bibər

Üzəri üçün:
Limon,
cəfəri

Hazırlanması:
Ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq və mayalanmağa qoyuruq. Toyuğun ağ ətini və soğanı ət maşınında çəkirik. Pomidor və bibəri sürtgəcdən keçiririk, cəfərini də doğrayırıq və çəkilmiş toyuq ətinin üzərinə tökürük, acika, su, duz və pul bibəri də əlavə edib yaxşıca qarışdırırıq. Xəmirləri kündələrə bölürük. Un töküb yayırıq və içlikdən üzərinə əlavə edib yayırıq. Listə qoyub 220-240 dərəcədə 8-10 dəqiqə bişiririk.
Üzərinə limon və cəfəri qoyuruq. Toyuq ətli lahmacunlarımız hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, cəfəri, qoyuruq, acika, üzərinə, bibəri, yarım, bibər, yayırıq, tökürük, yaxşıca, qarışdırırıq, limon, Toyuq, ətinin, çəkilmiş, toyuq, hazırdır, lahmacunlarımız, Xəmirləri
BİZİ İZLƏYİN