• Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 438

Tarix : 6-08-2014, 22:04

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
qoyun budu
soğan
pomidor
ərinmiş yağ
şaftalı
xırdalanmış badam və ya qoz
limon

Hazırlanması:
Əgər soyuducunuzda duzlanmış, ədviyyatda bir həftə basdırılmış qoyun budu varsa, necə var eləcə sobada bişirib nuş edin.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Yox, əgər iri keramik qazanınız və bəzi ədviyyatlarınız varsa, o zaman bir qədər mürəkkəb təam haqda düşünməyə dəyər.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Qoyun budunu tikələrə doğrayın.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Soğanı kubik doğrayın, pomidorların qabığını soyun.
Sobanı 300-330 dərəcə C qızdırın.

Tavaya soğanın bir hissəsini və ədviyyatı, üzərinə isə əti döşəyin.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Soğanın qalanını ətin üzərinə döşəyin, ədviyyat səpin, bir neçə qaşıq ərinmiş yağ gəzdirin.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Sobaya qoyun. Bir müddət sonra çıxarıb qarışdırın, yenidən sobaya qoyun. Ət təxminən 1 saat 20 dəqiqəyə bişir. Arada bir neçə dəfə qaprışdırmağı unutmayın.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Bunu ocağın üstündə də bişirə bilərsiniz, o zaman sizə təxminən 40 dəqiqə lazımdır, amma gərək əlinizdə kəfkir qazanın başından ayrılmayasınız.

Ətlə soğan "bunu nə yeyərdim!!!" deyəcəyiniz həddə çatanda 1 stəkan bulyon əlavə edin. Əgər yoxdursa, 1 stəkan qaynar su tökün. Pomidorları, 2-3 x.q. şəkər tozu, yarım limonun şirəsini və xırdalanmış badamı (qozu) əlavə edin.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Qarışdırın, üzərinə quru otlar (zövqə görə) və ədviyyat (ya da hamısının yerinə xmeli-suneli) səpin, yenidən sobaya qoyun.
Sobanın istiliyini bir qədər də azaldın, təxminən 180 dərəcəyədək.

Şaftalıları ortadan bölüb dənəsini çıxarın. Əti sobadan çıxarın, üzərinə təzə göyərti - reyhan, nanə, keşniş səpin. Şaftalıların hər birinin ortasına çiyələk mürəbbəsinin şirəsindən bir çay qaşığı tökün (bunun əvəzinə şəkər tozu səpib, limon şirəsi sıxıb, bir qədər də gül suyu gəzdirmək olar).
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Yenə də sobaya qoyun. Lap sonda üzərinə xırdalanmış fıstıq səpin.
Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


(Bunu közdə də bişirə bilərsiniz. O zaman çuqun qazanın altına bir neçə qat folqa çəkin ki, ət yanmasın).

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT

Şaftalı ilə ət qovurması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qoyun, üzərinə, səpin, zaman, xırdalanmış, sobaya, qədər, təxminən, döşəyin, doğrayın, yenidən, ədviyyat, bilərsiniz, şəkər, çıxarın, tökün, əlavə, stəkan, qazanın, bişirə
BİZİ İZLƏYİN