• Yumurtalı pomidor dolması resepti

Reseptin məlumatları Baxış sayı: 12 794

Tarix : 28-11-2016, 20:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd böyük pomidor
4 ədəd yumurta
1 su stəkanı rəndələnilmiş holland pendiri
1 su stəkanı pomidor pürəsi
1 / 2 su stəkanı isti su
2 yemək qaşığı zeytunyağı
1 / 2 çay qaşığı duz
1 / 2 çay qaşığı qara bibər

Qeyd: Tomat pürəsi yerinə rəndələnilmiş pomidor və bir parça acı sous istifadə edə bilərsiniz.

Hazırlanması:
Bol suda yuduğunuz pomidorları, sap qisimlərindən qapaq şəklində kəsin .
Orta qisimlərini bir qaşıq köməyiylə çıxarın. Duz və qara bibər ilə ləzzətləndirin .
Dolmanın sousu üçün ; zeytunyağını bir tavada qızdırın . Pomidor pürəsini əlavə edin və 2- 3 dəqiqə qədər vam odda bişirin. İsti suyu əlavə etdikdən sonra sousu 2 dəqiqə qədər qaynadın.
Orta hissəsini boşaltdığınız pomidorların içinə rəndələnilmiş holland pendirindən bərabər olaraq paylaşdırın .
Soba nimçəsinə aldığınız pomidorların içinə bir ədəd yumurta qırın. Üzərinə duz və qara bibər səpin.
Pomidor sousunu əlavə etdiyiniz yumurtalı pomidor dolmalarını əvvəldən isidilmiş 200 dərəcə sobada 10 dəqiqə qədər bişirin.
Qızarmış çörək dilimlərini bir bir batıraraq bu ləzzəti gözlətmədən sevdiklərinizlə paylaşın.

Nuş olsun!
Etiketlər: pomidor, qədər, dəqiqə, qaşığı, əlavə, bibər, rəndələnilmiş, stəkanı, yumurta, holland, Pomidor, sousu, bişirin, pomidorların, pürəsi, içinə, nimçəsinə, aldığınız, Üzərinə, qırın
BİZİ İZLƏYİN