Tərkibi:
4 ədəd sümüksüz toyuq sinəsi
1 su stəkanı holland pendir rəndəsi
1 çay qaşığı qara bibər
1 su stəkanı un
1 ədəd yumurta
Qızartmaq üçün:
Duru yağ
Hazırlanması:
Əvvəlcədən soyub sümüyünü çıxardığınız toyuğun sinəsini mətbəx dəzgahının üstünə düzün və 1 su stəkanı holland pendiri rəndəsini, 1 çay qaşığı qara bibər ilə qarışdırın və daha sonra toyuqların içinə bu vəsaiti doldurun ardınca rulo formasında sarın.
Əvvəl una, sonra yumurtaya bulayın yağda qızardın. Toyuqları içinə atıb, çevirərək qızardın.Qeyd: Toyuq rulolarının açılmaması üçün hər hansı bir çöplə tutdurun. Qızardıqdan sonra çöpləri çıxara bilərsiniz.
Nuş olsun!
Etiketlər: stəkanı, sonra, bibər, qaşığı, holland, qızardın, içinə, yumurtaya, bulayın, yağda, Əvvəl, formasında, doldurun, ardınca, Toyuqları, sarın, rulolarının, çöpləri, Qızardıqdan, çıxara