Tərkibi:
4 ədəd orta boy kartof
1 litr süd
1 / 2 kiçik paket krem
1 su stəkanı cheddar pendiri (istəyə bağlı)
1 çay qaşığı qoz rəndəsi
1 çay qaşığı duz
Ədviyyat üçün:
1 diş sarımsaq,
1ədəd dəfnə yarpağı
Hazırlanması:
Kartofları soyub, incə yumru dilimlər halında kəsin. Südü bir qazana boşaldıb, kartofları və ədviyyatı içinə atıb yarım saat vam xodda bişirin. Yarım saat sonra ədviyyatı südün içərisindən çıxarıb, kremi əlavə edin və qarışdırın. Süd qaynamağa başlayanda duzunu da əlavə edin və ocaqdan alın.
Kartofları südüylə birlikdə bir soba qabının içərisinə yığın.
Üzərinə pendiri də əlavə edin. Əvvəldən isidilmiş sobada, 160 dərəcədə 1 saat bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, Kartofları, bişirin, pendiri, ədviyyatı, qarışdırın, kartof, qaynamağa, başlayanda, duzunu, kremi, çıxarıb, Yarım, sonra, südün, içərisindən, ocaqdan, südüylə, isidilmiş