• Tüstü və alov ətirli sac kababı resepti

Reseptin məlumatları Baxış sayı: 16 190

Tarix : 13-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
800 qr quzu qabırğası
4 ədəd baş soğan
5 ədəd pomidor
5 ədəd badımcan
5 ədəd acı bibər
1 ç.q. zirə
100 qr kərə yağı
Duz, istiot

Hazırlanması:
Ət isidilmiş saca düzülür. Qapağı örtülüb pörtlənir. Yağa düşənə yaxın üzərinə yarımhalqa şəkildə doğranmış soğan əlavə edilib qovrulur. Qabığı soyulmuş bütöv badımcan, pomidor və bibər yağda qızardılıb ətin üzərinə əlavə olunur. Sac kababına zirə, duz, istiot əlavə edilib servis edilir.

Nuş olsun!
Etiketlər: əlavə, edilib, üzərinə, bibər, istiot, soğan, pomidor, badımcan, soyulmuş, Qabığı, bütöv, qovrulur, kababına, edilir, servis, olunur, qızardılıb, yağda, yarımhalqa, örtülüb
BİZİ İZLƏYİN