• Turşu kababı resepti

Reseptin məlumatları Baxış sayı: 29 501

Tarix : 4-12-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
300 qr quzu qabırğası
6 ədəd badımcan (xırda)
400 qr dana əti
1 ədəd baş soğan
1 dəstə göy soğan
150 qr kərə yağı
2 dəstə cəfəri
3 diş sarımsaq
2 x.q. abqora
Duz, istiot

Hazırlanması:
Mal əti və baş soğan ətçəkən maşından keçirilir. Üzərinə duz, istiot səpilib qarışdırılır. Qarışıqdan küftəciklər hazırlanır. Quzu qabırğası tikələrə bölünüb duzlu suda bişirilir (suyu saxlanır). Badımcanın qabığı soyulub yağda qızardılır. Göyərti və sarımsaq xırda doğranıb yağda qovrulur. Üzərinə duz, istiot və abqora tökülüb qarışdırılır. Göyərti qovurması saxsı qaba tökülür. Üzərinə hazırlanmış küftəciklər, bişmiş quzu qabırğası, qızarmış badımcan əlavə edilir. Qarışığa 1-2 st. bulyon tökülür, duz, istiot səpilib 1 saat bişirilir.

Nuş olsun!
Etiketlər: istiot, Üzərinə, soğan, qabırğası, yağda, Göyərti, qarışdırılır, küftəciklər, tökülür, bişirilir, səpilib, sarımsaq, xırda, abqora, dəstə, badımcan, saxsı, qovurması, qovrulur, doğranıb
BİZİ İZLƏYİN