• Ən ləzzətli toyuq sobada resepti

Reseptin məlumatları Baxış sayı: 14 713

Tarix : 12-12-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 ədəd 1-1 yarım kilo arası toyuq
1 ədəd soba paketi və 1 çay qaşığı un
2 yemək qaşığı duru yağ
1 yemək qaşığı limon suyu
Duz, kəklik, qara bibər, şirin toz qırmızı bibər,
2 diş rəndə sarımsaq (sous üçün)
4 ədəd kartof
3 ədəd kök

Hazırlanması:
1.Toyuğumuzu əvvəl yuyub quruluyuruq və sous üçün lazımlı vəsaitləri bir qabda qarışdırırıq.
2.Toyuğumuzun hər tərəfinə əvvəl limon suyunu, sonrada sousumuzu sürtürük.
3.İçinə 1 çay qaşığı un səpdiyimiz paketin içinə toyuğu diqqətlə yerləşdiririk.
4.Kartof və köklərimizi qabıqları soyub, istər bütün, istər ortadan kəsdikdən sonra qalan sousa bulaşdırırıq.
5.Paketin içində tərəvəzləridə yerləşdirdikdən sonra paketi ucunu qıvıraraq bağlayırıq.
6.Paketin üzərinə bir neçə yerindən deşiklər açırıq.
7.Toyuğu bir qabın içinə yerləşdirib 180 dərəcə sobada 45 dəqiqə (sobaya görə bu müddət dəyişə bilər) bişiririk.
8.Sobadan çıxardıb paketi diqqətlə açıb təkrar sobaya veririk və üzəri qızarana qədər bişiririk.
9.Qızaran toyuğu sobadan çıxardıb, yavaşca paketi çıxardıqdan sonra servis edirik.

Nuş olsun!
Etiketlər: qaşığı, paketi, sonra, toyuğu, istər, diqqətlə, içinə, əvvəl, çıxardıb, bişiririk, sobaya, bibər, Paketin, yemək, limon, deşiklər, qabın, Toyuğu, açırıq, qıvıraraq
BİZİ İZLƏYİN