• Kartof tayası resepti

Reseptin məlumatları Baxış sayı: 24 850

Tarix : 8-08-2014, 23:45

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq istənilən qiymə (toyuq, mal)
2 baş soğan
4 kartof
5 yumurta
200 q pendir
mayonez
duz
istiot

Hazırlanması:
Qiyməni kotlet üçün hazırladığınız qaydada hazırlayın.

Soğanı doğrayıb bitki yağında qovurun.

Kartofu sürtgəcin iri gözündən keçirin, duz vurub qarışdırın.

Yumurtaları suda bişirin, xırda doğrayıb istiot vurun, 1 x.q. mayonez vurub qarışdırın.

Pendiri sürtgəcin iri gözündən keçirin.

Qiymədən 10 sm diametrli kotletlər tutun. Perqament döşənmiş və ya bitki yağıyla yağlanmış siniyə düzün.

Üzərinə qızardılmış soğan qoyun.

Mayonezlə qarışdırdığınız yumurtanı çəkin.

Sürtgəcdən keçirdiyiniz kartofu bunun üzərindən ot tayası kimi qoyun. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib mayonez tökün.

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: mayonez, gözündən, istiot, qarışdırın, bitki, bişirin, doğrayıb, pendir, keçirin, sürtgəcin, Üzərinə, soğan, qoyun, vurub, Sürtgəcdən, Mayonezlə, düzün, siniyə, qızardılmış, qarışdırdığınız
BİZİ İZLƏYİN