• Beşamel souslu gülkələmi resepti

Reseptin məlumatları Baxış sayı: 13 181

Tarix : 8-03-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq gülkələmi
0,5 limon
500 ml süd
25 q kərə yağı
2 x.q. bitki yağı
2 x.q. un
80 q qrüyer pendiri
duz

Hazırlanması:
Gülkələminin budaqlarını ayırıb limonlu suda yuyun. Gülkələmini iri qazanda qaynadın, bir qədər süd töküb qazanın qapağını qoymadan 20 dəqiqə bişirin. Suyu süzüb gülkələmini soyuq su ilə yuyun. Sonra siniyə düzün.

Kərə yağını bitki yağı ilə birlikdə tayqulpda əridin, un əlavə edib qarışdıraraq 2 dəqiqə bişirin. Sonra qarışdıraraq tədricən süd əlavə edin, duz vurun, qarışdıraraq daha 10 dəqiqə bişirin.

Bu beşamel sousunu gülkələminin üzərinə gəzdirin. Sürtgəcdən keçirilmiş pendiri üzərinə səpin.

180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə, üzəri qızaranadək bişirin.

Pendir qızaranda üzərinə badam və sidr qozası da səpib sobada daha bir neçə dəqiqə bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, qarışdıraraq, üzərinə, yuyun, əlavə, sobada, Sonra, bitki, pendiri, vurun, tədricən, Sürtgəcdən, gəzdirin, gülkələminin, sousunu, beşamel, keçirilmiş, qızdırılmış, səpib
BİZİ İZLƏYİN