• İçli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 935

Tarix : 20-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
100-150 q kərə yağı
1 bütöv toyuq (1.5-2 kq)
200 q düyü
Qara gavalı, qaysı, kişmiş
Zövqünüzə uyğun duz, istiot, sarımsaq, göyərti, kök

Hazırlanması:
Kişmişi, doğranmış qaysı qurusu və qara gavalını duzlu suda bişmiş 200 q düyü ilə qarışdırın. Toyuğun içini kərə yağı ilə yaxşıca yağlayın və duzlayın. Toyuğun içini düyü və quru meyvə qarışığı ilə doldurun. Tikin və ya kurdan ilə bağlayın. Toyuğu duzlayıb-istiotlayın, tavaya qoyun və üzərinə əridilmiş kərə yağı tökün. Ətir verməsi üçün tavaya kök, sarımsaq və göyərti düzmək olar. Mütəmadi olaraq əridilmiş kərə yağını üzərinə əlavə etməklə sobada 180°С dərəcədə tam bişənə qədər qızardın.

Nuş olsun!
Etiketlər: əridilmiş, göyərti, Anchor, içini, Toyuğun, sarımsaq, üzərinə, tavaya, qaysı, duzlayıb, Toyuğu, istiotlayın, qoyun, verməsi, tökün, olaraq, dərəcədə, 180°С, bişənə, qədər
BİZİ İZLƏYİN