Tərkibi:300 q düyü
2 şirin bibər
1 baş soğan
2 x.q. yaşıl noxud (dondurulmuş və ya konserv)
600 ml toyuq bulyonu
2-3 x.q. zeytun yağı
300 q toyuğun döş əti
200 q göbələk
duz, istiot, ədviyyat - zövqə görə
100 q pendir
3 yumurta
150 q xama
Hazırlanması:Bibərləri, soğanı, şampinyonları doğrayıb ayrı-ayrı qızardın.
Düyünü duzlu suda təxminən 10 dəqiqə bişirin, üzərindən su axıdıb soyudun.
Toyuğun döş ətini xırda doğrayıb qızardın, ədviyyat əlavə edin.
Düyü, ət, göbələk və tərəvəzləri qarışdırın.
Pendirin yarısını, xamanı, yumurtanı qarışdırın, düyülü qarışığa əlavə edin.
Formanı zeytun yağı ilə yağlayın, qarışığı əlavə edib hamarlayın. Üzərinə pendirin qalanını səpin.
190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, ədviyyat, göbələk, doğrayıb, dəqiqə, qarışdırın, zeytun, qızardın, bişirin, xamanı, yumurtanı, düyülü, qarışığa, yarısını, Pendirin, xırda, bibər, tərəvəzləri, şirin, Formanı