• Toyuqlu - kartoflu graten resepti

Reseptin məlumatları Baxış sayı: 12 894

Tarix : 23-12-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 100q
Kartof 500q
Toyuq filesi 300q
Rəndələnmiş holland pendiri 50q
Qaymaq 100ml
Duz
İstiot

Hazırlanması:
Gratenimizi hazırlamaq üçün ilk növbədə toyuq filesini xırda hissələrə doğramaq gərəkdir. Bundan sonra doğradığımız fileni orta alovda kərə yağı ilə qızardın. Duz və istiot əlavə edin. Filenin rəngi yüngül qızartı almağa başladıqda, tavanın altını söndürmək olar. Kartofları yuyub soyduqdan sonra, incə halqa formasında doğrayın. Doğradıqdan sonra kartof dilimlərini kərə yağı ilə kiçik alovda qizartmağa başlayın. Duz və istiot əlavə edin. Kartofun rəngi qızarmağa başladıqda tavanın altını söndürün. Graten üçün bişirmə formasının dibini kərə yağı ilə yaxşıca yağlayın. Daha sonra qızartdığınız kartofların yarısını formaya yerləşdirin. Bu gratenin birinci qatıdır.
İkinci qatı hazırlamaq üçün, qızardılmış toyuq filesini birinci qatın üzərinə yerləşdirin. Qaymağı mikser vasitəsi ilə azca çalıb, ikinci qatın üzərinə süzün. Qalan qızardılmış kartofu gratenin sonuncu qatına yerləşdirin. Bu qatın üzərinə rəndələnmiş holland pendirini yerləşdirin. 200 dərəcəyə qədər isidilmiş sobada, 15 dəqiqə ərzində toyuqlu gratenimiz hazır olur!

Nuş olsun!
Etiketlər: sonra, yerləşdirin, qatın, üzərinə, rəngi, əlavə, alovda, başladıqda, tavanın, birinci, gratenin, altını, qızardılmış, istiot, hazırlamaq, filesini, toyuq, holland, gratenimiz, toyuqlu
BİZİ İZLƏYİN