• Düyülü graten resepti

Reseptin məlumatları Baxış sayı: 13 056

Tarix : 24-12-2016, 14:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 100q
Düyü 2 stəkan
Kök 2 ədəd
Yumurta 2 ədəd
Vetçina(mal əti) 100q
Rəndələnmiş holland pendiri 100q
Rəndələnmiş mozarella pendiri 100q
Krem pendir 100q
Yaşıl soğan 1 dəstə
Duz
İstiot

Hazırlanması:
İlk öncə düyü duzlu suda qaynadılır. Düyü bişdikdən sonra, suyunu süzüb, düyünü yenidən qaynadığı qazana qaytarırıq. Düyünün altına və üst qatına kərə yağını yerləşdirib, orta alovda, tez-tez qarışdırmaq şərtilə 4-5 dəqiqə qızdırırıq. Kökləri ayrıca bir qazanda qayandarıq. Qaynadılmış kökləri çox incə, xırda formada doğrayıb, düyü olan qazana əlavə edirik. Kütləni qarışdırırıq. Düyülü kütləyə rəndələnmiş mozarella pendiri əlavə olunur. Daha sonra vetçina kök kimi eyni kiçik ölçulərdə doğranılır, və düyülü kütləyə əlavə olunur. Graten üçün pendiri sous hazırlamaq üçün, yumurtaları, rəndələnmiş holland pendiri və krem pendiri blenderdən keçirdin. Alınan kütləyə zövqünüzə görə duz və istiot əlavə edin. Daha sonra yaşıl soğanı doğrayıb, bu kütləyə əlavə edin. Sousumuz hazırdır. Hazırladığınız pendirli sousu düyülü kütləyə əlavə edib, kütləni ehmalca qarışdırın. Grateni bişirəcəyəniz qabın dibini kərə yağı ilə yağlayın. Bundan sonra graten üçün hazırladığımız kütləni bu qaba boşaldın. Graten 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzinə hazır olur.

Nuş olsun!
Etiketlər: əlavə, pendiri, kütləyə, sonra, dəqiqə, qazana, Graten, olunur, düyülü, rəndələnmiş, doğrayıb, kütləni, mozarella, holland, Rəndələnmiş, blenderdən, yumurtaları, keçirdin, Alınan, yaşıl
BİZİ İZLƏYİN