• Balqabaq kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 12 787

Tarix : 7-01-2017, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq qabığı soyulmuş balqabaq
2 yumurta
10 x.q. un
duz
istiot
zirə
2 diş sarımsaq
0,5 dəstə cəfəri

sous:
4 pomidor
2 diş sarımsaq
1 qəhvə fincanı bitki yağı
reyhan
yarım dəstə cəfəri
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:
Qabığı soyulmuş balqabağı duzlu suda bişirin, süzüb püre halına salın. Yumurta, un, duz, istiot, zirə, döyülmüş sarımsaq, xırda doğranmış cəfərini əlavə edib qarışdırın.

Bir qazana su tökün, duz əlavə edib qaynadın. Qaynara düşəndə qaşıqla balqabaqlı qarışıqdan götürüb qaynar suya salın. Kotletlər suyun üzərinə çıxandan 5 dəqiqə sonra kəfkirlə götürüb boşqablara çəkin.

Sous: pomidoru sürtgəcdən keçirin, əzilmiş sarımsaq, bitki yağı, xırda doğranmış reyhan (yaxud qurusu), cəfəri əlavə edib suyunu çəkənədək bişirin.

Bu sousu kotletlərin üzərinə gəzdirin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin.

Göstərilən sous əvəzinə sarımsaqlı qatıqdan da istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sarımsaq, əlavə, cəfəri, sürtgəcdən, pendiri, holland, keçirilmiş, salın, xırda, götürüb, doğranmış, üzərinə, bişirin, soyulmuş, istiot, dəstə, reyhan, bitki, pomidoru, keçirin
BİZİ İZLƏYİN