• Sulama resepti

Reseptin məlumatları Baxış sayı: 12 256

Tarix : 10-01-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Börəklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 toyuq
2 l su
1 limon
1 baş soğan
3 iri yuxa
kərə yağı

plov:
1 baş soğan
2 x.q. su
4 x.q. kərə yağı
2 st. düyü
1/4 st. fıstıq
1/4 st. quşüzümü
duz
istiot
1 ədəd qənd
2 st. su
1 st. toyuq bulyonu
darçın

Hazırlanması:
Toyuğu dərin qazana qoyub üzərinə 2 l su tökün. Limonu və soğanı ortadan bölüb əlavə edin. Toyuq yumşalanacan iti odda bişirin, sonra isə ocağı azaldın.

Toyuq bişən müddətdə plovu hazırlayın: xırda doğranmış soğanı 2 x.q. su ilə vam odda bişirin. Suyu azaldıqdan sonra 4 x.q. kərə yağı əlavə edin. Yağ əridikdə fıstıqları əlavə edin. Azca qızaranda yuyulub suyu süzülmüş düyünü qatın. Qarışdıraraq qovurun. Quşüzümü, duz, istiot, 1 qənd parçası, 1 st. su, 2 st. bulyon əlavə edin. Əvvəl iti, sonra vam odda bişirin. Plovu ocaqdan götürdükdən sonra ortasında balaca çuxur açıb fındıq boyda kərə yağı qoyun. Düyünü üzərinə örtüb darçın səpin. Qazanın qapağını örtüb dəmləyin.

Bişmiş toyuğun dərisi ilə sümüyünü ayırın. Ətini xırda didib plovla qarışdırın.
Düzbucaqlı hündür formanı yağlayın, yuxanı kənarları qırağa çıxmaqla içinə yerləşdirin. Bir yuxanın yarısını da dibinə qoyun. Yuxaların üzərinə qaynar toyuq bulyonu gəzdirin. Bir qat toyuqlu plov döşəyin. Yarım yuxanı üstünə çəkin, əridilmiş kərə yağı, toyuq bulyonu gəzdirib yenə plov döşəyin. Plov, yuxa, toyuq bulyonu bitənədək proseduru təkrarlayın.

Ən yuxarı qatda yuxa olmalıdır. Qabın kənarına çıxardığınız yuxaları üzərinə qatlayın. Ərinmiş kərə yağı və bulyon gəzdirin. Bir gün soyuducuda saxlayın. Sabahı gün istədiyiniz ölçüdə dilimlər kəsin. 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: toyuq, üzərinə, bişirin, sonra, bulyonu, əlavə, qoyun, Toyuq, örtüb, istiot, xırda, döşəyin, bulyon, gəzdirin, soğanı, soğan, darçın, yuxanı, qaynar, Yuxaların
BİZİ İZLƏYİN